Sərhəd bölgəsində iki gündü gərginlikdir

Dünən gündüz saatlarından başlayaraq Tovuz rayonunun Əlibəyli və Koxanəbi kəndləri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv atəşə tutulub. APA-nın yerli bürosunun xəbərinə görə, kənd sakinləri gün ərzində və gecə saatlarında atəşin səngimədiyini bildiriblər.
 
Artıq kənddə gəzməyin mümkün olmadığı bildirilib. Kənd sakinləri son dörd gündə atəş səslərinin kəsilmədiyini deyiblər. Sakinlər evlərini tərk etməsələr də, sığınacaqlarda yaşamağa məcburdurlar.
 
Məlumata görə, yanan güllələrdən kəndi atəşə tutan ermənilərin məqsədi cüzi də ola ziyan verməkdir.
 
Kənd sakinlərinin bildirdiyinə görə, atışma zamanı həyəcanlanan Koxanəbi kənd sakini, 1995-ci il təvəllüdlü Salatın Babayevanın halı pisləşib. Kənd sakini dərhal Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlkin tibbi yardım göstərildikdən sonra S. Babayeva evə buraxılıb.

Google+ WhatsApp ok.ru