Səudiyyə rejimi 3 vəkili həbs etdi

Səudiyyə Ərəbistanında “Twitter” sosial şəbəkəsində məhkəmə sistemini tənqid edən 3 vəkil həbs edilib. Maide.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb. Vəkillər məhkəmə qərarları ilə günahsız insanların həbs edildiyini və adları korrupsiyada hallanan şəxslərin sorğu-sual edilmədən azadlığa buraxıldığını yazıblar.
 
Bu fikirlərinə görə vəkillər itaətsizlikdə və məhkəmə sisteminə böhtan atmaqda günahlandırılıblar və 8 ilədək həbs cəzasına məhkum ediliblər.
 
Xatırladaq ki, Səudiyyə Ərəbistanının baş müftisi Şeyx Əbdül Əziz əl-Şeyx televiziyada çıxış edərək “Twitter”i “bütün pisliklərin və təxribatın mənbəyi” adlandırıb, sosial şəbəkənin insanları böhtana və qeybətə təhrik etdiyini bildirib. Ərəb ölkələri arasında fəal “Twitter” istifadəçilərinin 40 faizi Səudiyyə Ərəbistanının payına düşür. 
 
Qeyd etmək yerinə düşərdi ki, Səudiyyə rejiminin məhkəmələrində ədalətsiz hökmün verilməsinə ən bariz nümunə böyük İslam alimi Şeyx Nəmrə qarşı qurulmuş məzhəkəli məhkəmədir. Belə ki, Şeyx Nəmrə qarşı güllə atmış şəxs məhkəmədə şahid kimi onun üzünə durub və bununla da İslam aliminə edam cəzası verilib.

Google+ WhatsApp ok.ru