Sərhəddi keçən təyyarə vuruldu

Venesuelanın Alure ştatı üzərində ölkə sərhəddini keçən təyyarə vurularaq yerə salınıb. Bu barədə xəbəri Venesuela müdafiə naziri Padrino Lopes yayıb. “Bizim hava məkanımıza soxulan King 200 tipli təyyarə silahlı bolivarian strateji komandanlığının operativ döyüşçüləri tərəfdən Alure ştatının Ellorsa şəhərinin cənub-şərqində vurulub”- deyə Padrino Lopes öz tvitter mikroblokunda şəkillə birgə paylaşım edib. 
Təyyarədə olan ekipaj barədə məlumat verilməyib.

Google+ WhatsApp ok.ru