Səudiyyə Ərəbistan şiələri haqqında yeni kitab nəşr olunub

Kembric Universitetinin professoru Tody Matthiesen  öz yeni kitabında Səudiyyə Ərəbistanın şərqində siyasi şiəçilik haqqında kitab yazıb. 
Maide.az-ın məlumatına görə, kitabda Səudiyyə Ərəbistanın şərqində şiələrin 19-cü əsrdən indiyədək olan vəziyyəti araşdırılıb.  “Digər Ərəbistanlılar, şiəçilik, ixtilaf və təriqətçilik” adlanan bu kitab yanvar ayının əvvəlində çap olunb və bir neçə gün sonra London Universitetində rəsmi təqdimatı keçiriləcək. 
Müəllif kitabda naməlum ərəb mənbələrindən istifadə edib, Səudiyyə Ərəbistanda geniş araşdırma aparıb. Kitabda vəhhabi hökuməti ərazisində şiənin necə çətinliklə yaşama təcrübəsini göstərib və Şiələrin Siyasi Hərəkatları haqqında  məlumatlar verib.  
Kembric Universitetinin professoru yazır: “Səudiyyə Ərəbistan hökuməti çalışır ki, şiələri “digər” və “kənar” şəxslər kimi göstərsin və şiə məzhəbinə qarşı ayrı-seçkilik geniş formada yayılıb.  Bu məsələ şiələrin şəxsiyyətinin güclənməsinə səbəb olub.”  /
 
 

Google+ WhatsApp ok.ru