Bazar günü hava şəraitində dəyişiklik gözlənilmir 24 Yanvar 2015 02:00 Xəbərlər Yanvarın 25-də Bakıda və Abşeron yarımadasında havanın buludlu, arabir yağıntılı olacağı gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturunun gecə 1-3, gündüz 4-7 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 772 mm civə sütunundan 776 mm civə sütununa yüksələcək. Nisbi rütubət 85-95 faiz təşkil edəcək. Azərbaycanın rayonlarında yanvarın 25-də havanın fasilələrlə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 5-9 dərəcə isti, dağlarda gecə 3-8, yüksək dağlıq ərazilərdə 13-18 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı gözlənilir. Teqlər : #Bazar günü hava şəraitində dəyişiklik gözlənilmir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Təkfirçi Veysəl Gürcüstanda məscid tikdirir Səudiyyə Ərəbistan şiələri haqqında yeni kitab nəşr olunub