Səudiyyə xalqı Ayətullah Nimrin həbs olunmasının 3 illiyinə 3 günlük aclıq aksiyası ilə etiraz edirlər

Səudiyyə rejiminin Ayətullah Nimr Baqir ən-Nimri həbs etməsinin üçüncü ili münasibətilə Avamiyə əyalətinin Əhli-Beyt (ə) ardıcılları olan fəalları üç günlük aclıq aksiyasına başlayıblar.
 
Deyerler.org-un Shafaqna saytına istinadən verdiyi xəbərə görə, dünən başlayan aclıq aksiyasının sabah yekunlaşacağı bildirilib.
 
Fəallar aksiya üçün Avamiyə əyalətinin Kərbəla meydanında yığışıblar. Xüsusilə, axırıncı baş verən Kudeyh və Dəmmam hadisələrilə birlikdə Səudiyyə Ərəbistanının Şərqiyyə bölgəsində siyasi islahatın simvoluna çevrilən Ayətullah Nimrin nüfuzu daha da artıb.
 
Şərqiyyə bölgəsində yaşayan Əhli-Beyt (ə) ardıcılları Ayətullah Nimri məzhəbçilik və zorakılığa qarşı mübarizənin ən güclü səsi kimi qəbul edirlər.
 
Səudiyyənin Əhli-Beyt (ə) ardıcılları baş verən partlayışlarda Səudiyyə rəhbərliyinin əli olduğuna inanırlar./

Google+ WhatsApp ok.ru