Yəmənli qadınlar Səudiyyənin təcavüzkarlığına etiraz etdi

Yəmənli qadınlar aksiya keçirərək Səudiyyə Ərəbistan rejimi və müttəfiqlərinin Yəmənə hücumunu pisləyib.
Maide.az Yəmənin əl-Məsirə telekanalına istinadən xəbər verir ki, paytaxt Sənanın əl-Səbeyn məntəqəsində keçirilən aksiyada  etirazçılar  Səudiyyə rejimi və müttəfiqlərinin Yəmənə hücumunu məhkum edərək, bu təcavüzün  məğlubiyyətlə sonlacağını bildiriblər. 
Aksiyada iştirak edənlər "İslam qalibdir" şüarı səsləndirərək bildiriblər ki, müqaviməti davam etdirəcək və təcavüzkarlar qarşısında dayanacaqlar. 
Yəmənli qadınlar Səudiyyə rejimini Yəmənə hücumunu dəstəkləyən şəxslərin mühakimə edilməsini istəyiblər. 
Onlar həmçinin Yəmənin siyasi qruplarından danışıqlara başlamalarını, yəmənli-yəmənli həll yolunu tapmalarını və bu ölkəni xarici tərəflərin istilasından xilas etmələrini tələb ediblər. 
Qeyd edək ki, Səudiyyə Ərəbistanı qırıcı təyyarələri Yəmənin şimalında Sədə şəhərində Yəsnum bazarına hücum ediblər. Nəticədə 11 nəfər həlak olub, 7 nəfər də yaralanıb.  Səna şəhərinin qədim hissəsinin bombardman edilməsi də ən azı 5 nəfərin ölümü ilə nəticələnib. Həlak olanlardan 3 nəfəri qadın və uşaq olub. 
Sənanın qədim hissəsinin min ildən çox keçmişi vardır və 1986-cı ildə BMT-nin Elm, Mədəniyyət və Təhsil Təşkilatı YUNESKO-nun beynəlxalq irs siyahısında qeydə alınıb./

Google+ WhatsApp ok.ru