Səfirlik: Beyrutda Azərbaycan vətəndaşlarının təhlükəsizliyi üçün heç bir təhlükə yoxdur 25 Avqust 2015 01:00 Dünya Beyrutda baş verən iğtişaşlar Livanda daimi və müvəqqəti yaşayan Azərbaycan vətəndaşlarının təhlükəsizliyinə təhlükə törətmir. Bu barədə Trend-ə Azərbaycanın Livandakı səfirliyinin attaşesi Ramil Bağırov deyib. Hazırda Beyrutda Livan vətəndaşları ilə ailə həyatı quran bir neçə Azərbaycan vətəndaşı və ölkənin müxtəlif universitetlərində təhsil alan bir qrup tələbə yaşayır. Diplomat qeyd edib ki, bu vətəndaşların hamısı iğtişaşların baş verdiyi mərkəzdən uzaqda yaşayır. O bildirib ki, səfirliyin yerləşdiyi diplomatik rayon nümayişin keçirildiyi yerdən uzaq məsafədədir. Diplomatik missiya Beyrutda yaşayan vətəndaşlarımıza ehtiyatlı davranmağı və insanların kütləvi toplaşdığı yerlərdən uzaq olmağı tövsiyyə edib. Problem yarandığı təqdirdə vətəndaşlar səfirliklə aşağıdakı telefon nömrəsi vasitəsilə əlaqə saxlaya bilərlər: +9614524489. Teqlər : #Səfirlik: Beyrutda Azərbaycan vətəndaşlarının təhlükəsizliyi üçün heç bir təhlükə yoxdur, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Əfqanıstanda Əl Qaidə lideri öldürüldü Bəşşar Əsəd: Terrorçular İsrail rejiminin alətləridirlər
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO