Səudiyyə Şeyxi: Qadının seçkiyə qatılması cəmiyyəti fəsada aparır

Səudiyyə Ərəbistanının tanınmış şeyxlərindən olan Şeyx Əbdürrəhman Berrak bələdiyyə seçkilərində qadınların seçici və ya namizəd kimi qatılmasının cəmiyyətin fəsada aparacağını bildirib və bu səbəbdən onların seçkiyə qatılmasının qəti haram olduğuna dair fətva verib.
 
Maide.az xəbər verir ki, Şeyx Berrak fətvasına əsas olaraq bu bəyanatı səsləndirib: "Ərəbistan İslami ölkədir. Seçkilərdə qadınların iştirak etməsi isə kişilərlə qadınların bir-birinə qarışması anlamına gəlir. Bu mənzərə isə Ərəbistanın bir İslamı ölkə olmaq imicini yox edər, onu bir Qərb ölkəsinə çevirər."
 
Şeyx Berrak qadınlardan ölkədə pisliklərin artmasına səbəb olacaq bir mövqedən uzaq dayanmalarını istəyib.
 
Xatırladaq ki, Ərəbistanda bələdiyyə seçkilərinə qeydlər 22 avqustda başlayıb və bu ayın sonundan etibarən namizədlərin sənədlərinin qəbul olunacağı gözlənilir.

Google+ WhatsApp ok.ru