Səudiyyədən yeni fitnə: Şeyx Nimr Cizana köçürülür

Səudiyyə Ərəbistanı rejimi "Ənsarullah" hərəkatına qarşı yeni təxribat hazırlayır  
 
İslamazeri.az-ın “Əlvəi" Xəbər Agentliyi-nə istinadən verdiyi məlumata görə, Səudiyyə Ərəbistanı rejiminin zindanında saxlanılan şiə alimi Şeyx Baqir Nimr və "Ənsraullah"-a qarşı  yeni təxribat hazırlanır. Verilən məlumatda bildirilir ki, Səudiyyə Ərəbistanının cənubunda Cizan şəhərinin Yəmənin “Ənsarullah” hərəkatı tərəfindən hücumlara mərzu qalmasından sonra, rejim yeni təxribat qərarına gəlib.
Beləki, Səud rəsmiləri həbsdə olan Ayətullah Baqir Nimri hücuma məruz qalan Cizan şəhərinin həbsxanasına köçürmək qərarına gəlib. Onlar Şeyx Nimri Cizan şəhərində öldürərək günahı yəmənlilərin boynuna yıxmaq və ya “Ənsarullah”-ın Cizandan geri çəkilməsini zəruriləşdirmək niyyətindədirlər. Bu qərar hələ icra edilməsə də, Səud rejiminin Şeyx Nimri edam etməsi barədə olan qərarını dolayı yolla icra etmək üçün vasitə hesab edilir.
Qeyd edək ki, şeyx Nimr etdiyi çıxışlara görə 3 ildir ki, Səud rejiminin zindanıında həbsə məhkum edilib.  /
 

Google+ WhatsApp ok.ru