Səudiyyə Ərəbistan: Minada ölənlərin sayı 4173 nəfərdir- Yenilənib-FOTO

Səudiyyə Ərəbistanın Səhiyyə Nazirliyi Mianda baş verən faciədə ölənlərin sayının 4173 nəfər olduğunu elan etdi. 

Maide.az Səudiyyə Ərəbistanın Səhiyyə Nazirliyinin rəsmi xəbər saytına istinadən məlumat verir ki, bu günə kimi ölənlərin 700 nəfərdən çox və yaralananların 900-dən çox olduğunu iddia edən Səudiyyə Ərəbistan axır ki, altı gündən sonra ölənlərin sayının 4173 nəfər olduğunu elan edib.

Ərəbistan səhiyyə nazirin müavini Həmd bin Məhəmməd deyib ki, bu gün 4173 nəfərin öldüyünə dair foto albom nazirliyə təqdim olunub və onların öldüyü təsdiqlənib.  

Qeyd edək ki, bundan öncə İranın həcc və ziyarət təşkilatının sədri Səid Övhədi Minada ölənlərin sayının 4700 nəfərdən çox olduğunu elan etmişdi. 
S.Övhədi Səudiyyə Ərəbistan mətbuatının Mina faciəsini senzura etdiyini bəyan edib. “21 yük maşını morqlara girməmişdən öncə burada olan cəsədlərin sayı 1200 nəfər idi.Bu yük maşınlarında da təqribən 3 min zəvvarın cəsədi var. Belə nəzərə çarpır ki, ölənlərin sayı 4700 nəfərə kimi çatacaq. Səudiyyə Ərəbistan KİV-lərinin açıqladığı rəqəmlər düzgün deyil, faciənin ciddiliyi Səudiyyə Ərəbistan KİV-lərinin açıqladığı rəqəmlərdən daha böyük və çoxdur”. 
Qeyd edək ki, indiyə kimi Mina faciəsində ölən iranlı zəvvarların sayı 239 nəfər, itgin düşən zəvvarların sayı 248 və yaralıların sayı isə 27 nəfərdir. /
 

 

Google+ WhatsApp ok.ru