Səudiyyə Ərəbistan Mina hadisəsində 7477 nəfərin öldüyünü etiraf etdi

Səudiyyə Ərəbistanın Səhiyyə Nazirliyi rəsmi bir məlumatda Mina faciəsində 7477 nəfərin həyatını itirdiyini bildirib.
Maide.az xəbər verir ki, Əl-Əruc informasiya portalı Ərəbistanın Səhiyyə Nazirliyinin bu rəsmi məlumatını dərc edərək, bildirib ki, Mina faciəsi ilə bağlı həqiqətlərin təkzib edilməsi və yaşanan faciənin adi qələmə verilməsi səylərinin ardınca, 20 gündən sonra faciənin nə qədər iri miqyasa malik olduğu Səudiyyə rejimi rəsmiləri tərəfindən etiraf edilib. Belə ki, 7477 zəvvar Qurban bayramı günün Ali-Səud rejiminin səhlənkarlığı üzündən həyatını itirib. 
Elan olunmuş rəsmi rəqəm indiyə kimi elan olunan bütün təxminlər və rəsmi olmayan rəqəmlərdən qat-qat yüksəkdir. Səudiyyə rejimi indiyədək  Mina hadisəsində 750 zəvvarın həlak olduğunu bildirirdi. 
Ərəbistanın kütləvi informasiya vasitləri indiyə kimi digər tərəfləri faciədə həyatını itirənlərin sayı ilə bağlı rəqəmləri şişirtməkdə ittiham edirdilər. Hətta, bu media vasitələri baş vermiş faciəni hacıların özləri tərəfindən törədilmiş bir fitnə adlandırmaqdan belə çəkinmədilər. 
Məlumatda qeyd olunur ki, bundan öncə Ərəbistan rəsmilərindən biri Mina faciəsində həyatını itirənlərin sayını elan etdiyinə görə, tutduğu vəzifədən azad edilmişdi. 
Qeyd edək ki, İranın İSNA agentliyinin məlumatına görə, İranın Həcc və Ziyarət Təşkilatının sədri  Səid Övhədi Mina faciəsində həyatını itirmiş 5 mindən çox zəvvarın Məkkədə dəfn edildiyini bildirib. 
Xatırladaq ki, Mina faciəsi zamanı 466 iranlı zəvvar həyatını itirib, 36 zəvvar isə itgin düşüb. /
 
  
 

Google+ WhatsApp ok.ru