Səudiyyə rejim Səhiyyə Nazirliyindən Mina hadisəsi ilə bağlı yeni sənəd -7 mindən çox zəvvar həlak olub- SƏNƏD

Bu yaxınlarda Səudiyyə Ərəbistanı Səhiyyə Nazirliyindən sızan yeni sənəddə Mina faciəsi zamanı 7 mindən artıq insanın həlak olduğu bildirirlir.
Maide.az  Əl-Aləm kanalının saytına istinadən xəbər verir ki, həmin sənədə əsasən, 7477 nəfər zəvvar Mina faciəsi nəticəsində həyatını itirib.
Bu sənəddə 1508 nəfərin şəxsiyyətinin müəyyən edilmədiyi vurğulanır.
Səud rejiminin indiyədək həlak olmuş öz hacılarının da statistikasını açıqlamadığı bir halda, Səhiyyə Nazirliyinin yaydığı sənəddə həlak olmuş ərəbistanlı hacıların sayı 1528 nəfər qeyd olunur.
Bu faciə 24 sentyabrda baş verib, və Səud rejimi hadisədən 2 gün sonra hacılardan 769 nəfərinin öldüyünü bildirib; Lakin daha sonra Ərəbistan bu faciədə ölən zəvvarlar haqqında bir daha məlumat verməyib.
Bu vaxtadək müxtəlif ölkələr tərəfindən bildirilən ümumi rəsmi statistikaya görə, Mina hadisəsi zamanı 1849 nəfər həyatlarını itirib. Ancaq bu, itkin düşmüş hacılara aid deyil, hadisədən bir aya qədər vaxt keçməsinə baxmayaraq, hələ də zəvvarlardan xeyli hissəsinin taleyi barədə bir xəbər yoxdur.
Yeni sənəddə isə, ölənlərin adı, soyadı, yaşı, milliyəti kimi məlumatlar qeyd olunub.
Mina faciəsindən bir aya qədər vaxt keçməsinə baxmayaraq, Ərəbistan rəsmiləri həlak olan zəvvarlar barədə dəqiq rəqəmlər verməkdən boyun qaçırır və müxtəlif ölkələrin vətəndaşlarının böyük bir hissəsi hələ də itkin düşmüş sayılır və onların taleyi qeyri-müəyyən olaraq qalır; 
Səudiyyə Ərəbistanı Səhiyyə Nazirliyinin yaydığı yeni sənədə əsasən ölənlərin çoxu Pakistan (515), İndenoziya (454), Misir (444), İran (322), Hindistan (317), Nigeriyadan (306)  olan zəvvarlardır. 
Səudiyyə Ərəbistanı Səhiyyə Nazirliyindən sızan yeni sənədə burdan baxa bilərsiz. 
 

Google+ WhatsApp ok.ru