Səud rejimi ABŞ-dan 4 ədəd döyüş gəmisi alır, 11 milyard dollara

Səud rejimi ABŞ-dan 4 ədəd döyüş gəmisi alır. Bu 4 ədəd döyüş gəmisi nisbətən kiçik, lakin yüksək sürətlidir və dayaz sularda asanlıqla manevr və hərəkət etmək qabiliyyətinə malikdir.
 
Maide.az xəbər verir ki, bir ABŞ rəsmisi bununla bağlı bildirib ki, ABŞ höküməti 11 milyard dollar dəyərində 4 ədəd döyüş gəmisinin Səudiyyə Ərəbistanına satışı ilə bağlı razılıq verib. Bu tip hərbi gəmilər onlarla hava hücumundan müdafiə raketini və gəmi əleyhinə raketləri daşıya bilir. 
 
Ərəbistan rejimi xüsusilə də Fars Körfəzi regionunda gərginliyin artması və Yəmənə təcavüzünün davam etməsi fonunda öz Hərbi Dəniz donanmasını modernləşdirməyə çalışır. Ərəbistan Hərbi Dəniz Qüvvələri iki donanmaya- şərq (Fars Körfəzi) və qərb (Qırmızı Dəniz) – bölünür. 
 
Bundan əvvəl də, xarici KİV-lər Riyadla Vaşinqton arasında Səud rejiminin Hərbi Dəniz donanmasının yenilənməsi ilə bağlı danışıqların aparıldığı haqda xəbərlər yaymışdı.
 
Hal-hazırda Ərəbistan ordusunun Hərbi Dəniz Qüvvələri Qırmızı dəniz sularında Yəməndə gedən müharibədə və Ədən Körfəzində mövcudluğunu saxlayır. /
 
 

Google+ WhatsApp ok.ru