Sənədsiz evi olanlara şad xəbər - Açıqlama

 
ASAN Xidmət mərkəzlərində Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən yalnız mənzillər (bina evi) üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışlar, texniki pasportlar verilir. 
 
Bu barədə Axar.az-a ASAN Xidmətin sözçüsü Anar Hüseynov məlumat verib.
 
A.Hüseynov fərdi yaşayış evləri (həyət evi) üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi və daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların (Forma 1) verilməsinə dair xidmətlərin göstərildiyini bildirib.
 
“Ancaq torpaq sahələrinə və fərdi yaşayış evlərinə ilkin dövlət qeydiyyatına alınması barədə çıxarışların verilməsi həyata keçirilmir”, - deyə qurum rəsmisi əlavə edib
 
Qeyd edək ki, evlərin qeydiyyatı üzrə sənədlərin növlərindən və verilmə müddətindən asılı olaraq dövlət rüsumu və xidmət haqlarının məbləği dəyişir./

Google+ WhatsApp ok.ru