Nardaran istiqamətinə bütün yollar bağlandı, zirehli texnika yeridilib - FOTO - VİDEO- YENİLƏNİB

09.49 - Musavat.com-un əməkdaşlarının verdiyi məlumata görə, bu gün səhər saatlarında daxili qoşunların maşınları, həmçinin hərbi maşınlar Nardaran-Maştağa istiqamətinə hərəkət edib. Maşın karvanında təcili tibbi yardım maşınlarının da olduğu bildirilir.
Hazırda Sabunçu körpüsündən Nardarana gedən yol tamamilə bağlanıb.
Kənd istiqamətində ancaq polis maşınları hərəkət edə bilir.
Qeyd edək ki, bu gün ölənlərin cənazəsi ailələrinə verilə bilər. Maşın karvanının da məhz Nardarana yollanmasının səbəbinin təhlükəsizlik tədbiri olduğu güman edilir.
Əməkdaşlarımız Naradarandakı mənbələri ilə əlaqə saxlamağa cəhd edib, ancaq telefon bağlantısı alınmayıb.
 
09.25 - Bu gün səhər saatlarında başlayaraq Nardaran sakinləri Maştağa qəsəbəsindən Nardaran istiqamətində gedən yolu bağlayıblar.
Trend-in məlumatına görə, aksiya iştirakçılarının əlləridə dəmir armaturlar, daş parçaları var. Onlar meyitlərin qaytarılmasını tələb edirlər.
Hadisə yeriinə hüquq-mühafizə orqanlarının əməkdaşları da hadisə yerinə cəlb olunub.
 
***
 
Bu gün səhər Koroğlu metrosundan Maştağa, Nardaran və Buzovna istiqamətinə gedən avtomobil yolu bağlanıb. 
Maide.Az yerli sakinlərə istinadən xəbər verir ki, Nardaran və Maştağaya zirehli texnika yeridilib. 
Məlumata görə, su şırnaqlı maşınlar, zirehli maşınlar, ambulans və çox sayda polis və təhlükəsizlik qüvvəsi Naradarana girib. 
 
 
 
 

Google+ WhatsApp ok.ru