Səudiyyə Ərəbistanda daha bir nəfər edama məhkum edildi 18 Dekabr 2015 02:00 Dünya Səudiyyə Ərəbistan daha bir şiəni siyasi ittihamlarla edama məhkum edib. Maide.az xəbər verir ki, Ərriyad cinayət və təhlükəsizlik məhkəməsi bir şiəni Ərəbistanın təhlükəsizlik məmularına hücum etmək ittihamı ilə edama məhkum edib. Edama məhkum olunmuş şəxsin kimliyi hələ məlum deyil, ona görə ki, Səudiyyə rejim məhkəməsi edama məhkum edilmiş şəxslərin adlarının yerli qəzetlərdə dərc olunmasını qadağan edib. Məlumatda qeyd olunur ki, bu şəxs ölkənin Tarut məntəqəsində edama məhkum olunub. Qeyd edək ki, ötən on gündə Ərəbistanda şiələrə qarşı siyasi ittihamlarla çıxarılan ikinci edam hökmüdür. Bu hökmlə Ərəbistanın şərq bölgəsində dinc etirazların başlandığı zamandan indiyədək siyasi ittihamlarla edama məhkum olunan şiələrin sayı 9-a çatır. 2011-ci ildə Ərəbistanda siyasi islahatların icra edilməsinin istənilməsi, eləcə də hüquqi tələblər və xalq hərəkatı başlayıb. Onlar həmdə Şeyx Nimr Baqir Əl-Nimrin həbs olunması və onun üçün edam hökmünün çıxarılmasına etiraz edirlər. / Teqlər : #Səudiyyə Ərəbistanda daha bir nəfər edama məhkum edildi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Türkiyə parlamentinin yeni sədri Bakıya gəlir Türkiyənin energetika naziri: `Azərbaycanla danışıqlarımız davam edir`
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO