Səudiyyədə xalq etirazlari üsyana çevrilə bilər - VİDEO

Səud rejimində son edama etirazlar davam edir. Təkfirçi-diktator rejimi İslam alimi Şeyx Nimrin edamına edilən xalq etirazlarını yatıra bilmək üçün bir sıra bölgələrə xüsusi texnika və xüsusi təyinatlılar yeridilib. Maide. az xəbər verir ki, belə xalq etirazlarının birində rejim xalqa qarşı zirehli transpartyorlardan istifadə etməyə cəhd edib. Lakin bundan daha da qəzəblənmiş narazı xalq kütlələri əllərinə Molotov Kokteylləri alaraq xüsusi təyinatlıların zirehli texnikalarına od vurub. Hadəsə ilə bağlı yayılan bu görüntülərin etirazların əsas mənbəyi olan Avamiyə bölgəsində çəkildiyi bildirilir. 
 
Qeyd edək ki, Avamiyə bölgəsi yanvarın 2-də  edam edilən İslam alimi Ayətullah Nimr Baqir Əl-Nimrin yaşadığı bölgədir./

Google+ WhatsApp ok.ru