Səudiyyə Ərəbistanın şərqində Əhli-Beyt (ə) tərəfdarları üçün təlim mərkəzi açılıb

Səudiyyə Ərəbistanın şərqində Əl-Əhsa əyalətində Əhli-Beyt (ə) tərəfdarları və Quran sevənlər üçün Quran Kərim Elmləri üzrə Təhsil Mərkəzi fəaliyyətə başladı.
Maide.az xəbər verir ki,  Xeyriyyəçi insanların təşəbbüsü ilə fəaliyyətə başlayan Quran Kərim Elmləri üzrə Təhsil Mərkəzinin açılışında Quran qariləri və fəalları iştirak edib. 
Mərkəzin açılmasından məqsəd cəmiyyətdə Quran təlimlərinə agah yeni nəslin tərbiyələnməsidir. 
Mərkəzdə Quran əzbərləmə və tilavəti üzrə dərslər keçiriləcək. Mərkəzdəki Quranın hifz dərsləri təfsirlə birgə keçiriləcək. 
Mərkəzdəki Quran dəsrlərində iştirak etmək bütün şəxslər üçün azaddır. /
 

Google+ WhatsApp ok.ru