Səudiyyə Ərəbistan kralının adının Kəbə örtüyü üzərində yazılması müsəlmanların etirazına səbəb olub

Səudiyyə Ərəbistan kralı Salman Əbdüləzizin  adının Kəbə örtüyü üzərində yazılması social şəbələrədə xüsusi ilə Twitter-də müsəlmanların təccüb və etirazına səbəb olub. 
Maide.az Əl-Aləm kanalına istinadən məlumat verir ki, Twitter istifadəçiləri yazıblar ki, Ali Səud rejimi  təkcə Allah evinin darvazalarına Səud padşahlarının adını verməklə kifayətlənməyib, həmdə padşahın adını Kəbənin pərdə örtüyünün üzərinə yazırlar. Bu hörmətsizlik deyilmi? 
Bir müddət öncə Səudiyyə Ərəbistanın Alqabas qəzeti yazmışdi ki, Kəbənin örtüyünün bir hissəsində qızıl sapla bu ölkənin padşahı Məlik Salman bin Əbdüləzizin adı yazılıb. Səudiyyənin bu hərəkəti sosial şəbəkələrdə müzakirələrə və etirazlara səbəb olub. 
Qeyd edək ki, uzun əsrlər boyu Kəbənin örtüyünü göndərən Misir hicri ilə 1344-cü ildə siyasi səbəblərə görə təminatı dayandırmışdır. Bundan sonra isə 1346-cı ildə Səudiyyə Ərəbistanı Krallığı Məkkə şəhərinin Əcyəd məhəlləsində yerləşən xüsusi bir evdə Kəbənin örtüyünü tikməyə başlamışdır. 
Məkkə şəhərinin Ummul-cud prospektindəki “Kəbə örtüyü” fabriki: Səudiyyə Krallığının təsisçisi Kral Əbdüləzizin övladları tərəfindən də örtüyün tikilməsi və inkişaf etdirilməsi davam etmiş və Kəbənin örtüyü fabriki hicri ilə 1397-ci ildə Ummul-cud prospektindəki ən müasir tikiş avadanlıqları ilə təchiz edilmiş yeni fabrikə köçürülmüşdür.
Müqəddəs Kəbənin örtüyünün tikilmə mərhələləri: Kəbənin örtüyü bir neçə şöbədə texniki və işlətmə mərhələlərini keçir:
Boya şöbəsi: Bu şöbənin işi ipək sapların üzərinə yapışmış maddələri isti hovuzlar və xüsusi kimyəvi maddələrlə ölçülmüş müəyyən istilik dərəcələrində yox etməkdir. Bundan sonra da ipək sap xarici örtük üçün qara, daxili örtük üçün isə yaşıl rəngdə boyanır. Örtük üçün işlədilən təbii ipəyin çəkisi 670 kq-dır.
Laboratoriya şöbəsi: Bu şöbə ipək və pambıq saplar üzərində müxtəlif sınaqlar apararaq tələb olunan keyfiyyətlərə uyğun gəlməsi üçün sapların sıxlığını və gücünü yoxlamaqla məşğuldur.
Əl ilə toxuma: Əl ilə toxuma şöbəsi, dünyada məşhur olan, öz dəyərini qoruyub saxlamaqda davam edən bir şöbədir. Hazırda isə bu şöbə digərlərindən fərqli olaraq toxuma əməliyyatını dayandırmış və yalnız gələn qonaqlara Səudiyyə dövrünün istehsal etdiyi örtüyü göstərmək üçün təqdim olunmaqdadır. Bununla yanaşı hal-hazırda lazımi qaydada boyanması üçün əl ilə saplardan seyrək tikilmiş parçalar toxunur, Quran ayələri yazılması və gümüşü və qızılı rəngdə olan İslam naxışları ilə bəzədilməsi üçün xüsusi aparatlara da əl ilə dolanmaqdadır.
Avtomatik toxuma: Ən yeni və yüksək texnologiya ilə təchiz edilmiş bu şöbə Müqəddəs Kəbənin daxili və xarici örtüyünün “cakard” nizamı ilə tikilməsində ən mühüm rol oynayır. Hansı ki, bu nizamda toxunulmuş sözlər və Quran ayələri vardır. Bu şöbə iki cür ipək hazırlayır. Yazılarla nəqş olunmuş qara ipək və Kəbənin kəməri, üzərində olan lampa və Kəbənin qapısının pərdəsi üçün hazırlanmış sadə ipək. Bu dəzgahlar örtüyün toxunması üçün bir metrlik parçanı 9986 sapdan rekord bir sürətdə toxumaqdadır. Bunların hamısı avtomatik idarə olunduğu üçün xərcin, əməyin və vaxtın az sərf edilməsi ilə yanaşı kəmiyyət, keyfiyyət və görünüş cəhətdən tez toxunan gözəl bir istehsala gətirib çıxarır.
Çap şöbəsi: Bu şöbə Quran ayələrinin və İslami naxışların çapı üçün qoyulan ilk rəsm əməliyyatında mühüm rol oynayır. Bu şöbədə qalın taxtadan olan üzbəüz tikiliyə astar üçün xam parça keçirilir və onun da üzərinə Kəbənin kəmərinin çap edilməsi, qapısının pərdəsi və digər naxışlarının qoyulması üçün naxışlanmamış sadə qara ipək parça bərkidilir. Bərkidildikdən sonra isə işçilər Quran ayələrini ağ və sarı rəngə boyanmış saplar vasitəsi ilə çap etməyə başlayırlar.
Naxış şöbəsi: Bu şöbə qızılı və gümüşü naxışları və İslami bəzəkləri nəqş etməklə məşğul olur. Bu nadir iş müxtəlif qalınlıqla ölçülmüş pambıq sapları qara parçanın üzərində çap edilmiş yazıların və naxışların üzərinə qoymaqla tamamlanır və sonra da mahir işçilər gümüş və qızıl suya boyanmış saplarla həmin yazı və naxışları toxumağa başlayırlar. Bu şöbə 12 lampa, Kəbənin künclərinə yazılan 4 İxlas surəsi, Kəbənin kəməri üçün 16 parça, kəmərin altında olan müxtəlif həcmli 6 parça və Kəbənin qapısının xarici pərdəsini istehsal edir.
Parçaları birləşdirmə şöbəsi: Bu şöbə də əhəmiyyət cəhətdən digər şöbələrdən geri qalmır. Burada Kəbənin dörd bir tərəfinin ipək parçaları bir-birinə birləşdirir, kəmər və lampalardan ibarət olan qızılı naxış hissələrini qara parçanın üzərində möhkəmlədirlər. Bununla da Səudiyyənin milli istehsalı olan Müqəddəs Kəbənin örtüyü göründüyü kimi gözəl və kamil bir şəkil halını alır. /
 
 

Google+ WhatsApp ok.ru