Səudiyyə rejimindən fələstinlilərə həcc və ümrə qadağası

Səudiyyə Ərəbistanının Fələstin torpaqlarından kənarda yaşayan fələstinlilərin həcc əməllərini yerinə yetirmələrini qadağan etdiyi qeyd olunur.
 
Deyerler.org Dunyabulteni-nə istinadən xəbər verir ki, Səudiyyə qurumlarından məsələ ilə bağlı verilən açıqlamada, qərarın yalnız Suriyada yaşayan fələstinli qaçqınları əhatə etdiyi qeyd olunub. Qərarın ölkədəki müqəddəs yerləri hədəf almaq istəyən terrorçuların ölkəyə girmələrinin qarşısını almaq məqsədilə edildiyi iddia olunub.
 
Digər tərəfdən, Fələstinin Qahirə səfirliyinin üst səlahiyyətli rəsmisi Səudiyyə Ərəbistanının qərarının Fələstindən kənar bütün fələstinlilərə şamil olduğunu bildirib. O, Fələstinin demək olar ki, bütün Ərəb ölkələrindəki səfirliklərdən verilən pasportlara malik vətəndaşları ümrə və ya həcc üçün etdikləri müraciətlərinin rədd edildiyini vurğulayıb.
 
Fələstin rəsmisi bu problemin bir ay əvvəl başladığını deyir. O, Fələstinin Misirdəki səfirliyinin Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinə bu vəziyyət ilə bağlı bir nota göndərərək, rəsmi açıqlama istədiyini, ancaq hələ də cavab almadığını söyləyib. /
 

Google+ WhatsApp ok.ru