Səudiyyə Ərəbistan rejimi dinc şiə sakinlərə qarşı zirehli texnikalardan istifadə edir -VİDEO

Yayımlanmış vidoe görüntülər göstərir ki, Səudiyyə Ərəbistan rejimi  əl-Şərqiyyə əyalətində din şiə sakinlərə qarşşı  zirehli texnikalardan istifadə edir.
 
Maide.Az bildirir ki, "The Globe and Mail" məlumat verir ki, 2012-20015-ci illər ərzində yayımlanan videoların analizi göstərir ki,  Riyad rejimi  öz müxaliflərinə qarşı xüsusi ilə şiələrin daha çox məskunlaşdığı bölgələrdə zirehli texnikalardan istifadə edir. Bu məsələ Riyad rejiminin  öz vətəndaşlarına qarşı hərbi texnikalardan istifadəsi ilə bağlı narahatlıqları artırır. VİDEO-nu burdan izləyə bilərsiz. 
 
Bu video görüntülər  Kanada və Ərəbistan arasıdna hərbi müqavilənin ləğvini istəyən fəallar tərəfindən  "The Globe and Mail"a təqdim olunub.  Bu müqaviləyə əsasən  Kanada Ərəbistana 15 milyard dollar dəyərində zirehli texnika satacaq. 
 
Kanada hökuməti  aprel ayında bu texnikanın Səudiyyə rejiminə satışı üçün icazə verib. Bu zirehli texnikalarda  tank əleyhinə toplar və  pulemyotlar təchiz olunub. İmzalanmış müqaviləyə əsasən zirehli texnika 4 il müddətində Ərəbistana təhvil veriləcək.
 
Mərkəzi Berlində yerləşən  Avropa-Səudiyyə insan haqları təşkilatının direktoru Əli Əl-Dubeysi  deyib ki, Səudiyyə rejimi 2011-ci ildən  Əl-Şərqiyyə əyalətində  dinc şiələrin etirazlarını yatırmaq üçün 15 dəfədən çox  zirehli texnikadan istifadə edib.  Bu  Kanada üçün əsas olmalıdır ki, Ərəbistanı  öz hərbi silahlar alıcıları siyahısından çıxartsın.  
 
O deyib ki, çox aydın məsələdir ki, Səudiyyə Ərəbistan  Kanadadan alacağı  hərbi texnika ilə  dinc sakinlərə qarşı daha çox zorakılıqlar törədəcək. 
 
Səudiyyə Ərəbistan insan haqları fəalları  video görüntüləri və fotoları  toplayıb. Bu görüntülər göstərir ki, Səudiyyə rejimi Əl-Şərqiyyə əyalətində yaşayış  yerlərinə və dinc sakinlərə qarşı necə zirehli texnikalardan istifadə edir.  
 

Google+ WhatsApp ok.ru