Səudiyyə Ərəbistanda xəstəxanada atışma: 9 nəfər yaralandı

Səudiyyə Ərəbistanın şimalında xəstəxanaların birində baş verən atışmada 9 nəfər yaralanıb. 
Maide.Az xəbər verir ki,  atışma Hail  şəhərinin Məlik Xalid adına xəstəxananın avtomobil  dayanacağında baş verib.
Hadisə  mübahisə ilə başlayıb daha sonra  tərəflər silaha əl atıblar.
Təhlükəsizlik qüvvələri bu hadisə ilə bağlı 10 nəfəri saxlayıb. 
Məlumata görə, yaralıların bəzisinin vəziyyəti ağırdır. 
 

Google+ WhatsApp ok.ru