Səudiyyə Ərəbistan Suriyaya hərbi müdaxilə edəcəyi ilə hədələdi

Səudiyyə Ərəbistan  Suriyadakı böhranla bağlı siyasi danışıqlar uğursuz olarsa  Bəşşar Əsədə qarşı hərbi  güc tətbiq edəcəyi ilə hədələyib. 
 
Maide.Az xəbər verir ki, Ərəbistanın xarici işlər naziri Adil Əlcübeyr ötən gün Vyanada  Suriyaya beynəlxalq dəstək qrupunun  müzakirələrinin sonunda jurnalistlərə açıqlamasında deyib ki,  çox müddət öncə gərək alternativ yola əl atılırdı və Suriya prezidenti Bəşşar Əsədə qarşı hərbi əməliyyatlar gücləndilirdi.  “Əgər onlar (Suriya hökuməti)  beynəlxalq öhdəçiliyə cavab verməzsə .... Biz başqa bir şeyə əl atmalıyıq.”
 
Səudiyyə Ərəbistan  Bəşşar Əsəd hökumətini devirmək üçün hücum etmə layihəsinin tərəfdarı və həmçinin Suriyadakı silahlı quruplaşmaların  dəstəkləyicisidir.
 

Google+ WhatsApp ok.ru