Səudiyyə Ərəbistan bu ölkədə yaşayan əcnəbilərdən vergi alacaq

Neft qiymətinin aşağı düşməsi ilə mailiyyə böhranı yaşayan Səudiyyə Ərəbistan  bu ölkədə yaşayan əcnəbilərdən vergi alacaq. 
Maide.Az xəbər verir ki, Bloomberg yazır ki, Səudiyyə Ərəbistan ölkənin büdcəsinin neftdən asılılığını azaltmaq və milli inkişaf planı çərçivəsində bu ölkədə yaşayıb işləyən milyonlarla əcnəbi vətəndaşdan  vergi tutacaq. 
Səudiyyə Ərəbistanın maliyyə naziri İbrahim ƏL-Assaf  deyib ki,  bu təklif öncədən də olub və hazırda  nazirliyin gündəmdə olan layihələrindən biridir.
KİV-lərin məlumatına görə, Ərəbistanda işçi qüvvə kimi daha çox Pakistan, Hindistan və digər kasıb ölkələrdən olan işçilər çalışır.. 

Google+ WhatsApp ok.ru