Səudiyyə Ərəbistanın Qətif bölgəsində və Mədinə şəhərində  güclü partlayışlar baş verib

Səudiyyə Ərəbistanın Qətif bölgəsində və Mədinə şəhərində güclü partlayışlar baş verib

Səudiyyə Ərəbistanın  şərqində Əhli-Beyt (ə) tərəfdarlarının yaşadığı Qətif bölgəsində  məscidə intiharçı hücum  edərək özünü partladıb. 

Maide.Az xəbər verir ki, intiharçı bomba dolu avtomobili məscidin içərisində partlatmaq istəyirmiş, lakin  buna müvəffəq ola bilməyib.

Bəzi məlumatlara görə, Fərəcül-İmran məscidinin yaxınlığında  iki partlayışın baş verdiyi bildirilir. Hələlik dəymiş ziyan və itgilər barədə məlumat yoxdur.

Əl-Əxbariyyə  televiziyası  Mədinə şəhərində  Məscidül-Nəbi yaxınlığınada partlayışın baş verdiyini bildirib. Partlayış  təhlükəsizlik qüvvələrinin qərargahının yaxınlığında baş verib, iki nəfər  həlak olub.

 

Google+ WhatsApp ok.ru