Səudiyyənin demoqrafik böhranı

Səudiyyənin demoqrafik böhranı

Hər hansısa bir səbəbə görə nigaha girməyən və ya ayrılmış qadınların sayı ilbəil artmaqdadır.
       
İslamazeri.az-ın “Newsru” saytına istinadən verdiyi xəbərə əsasən, rəsmi statistik məlumatlara əsasən, bugünkü gün üçün Səudiyyə Ərəbistanı ərazisində 2 milyondan çox 15 yaşından böyük və ərli olmayan qadın yaşayır. Evli olmayan kişi cinsinin nümayəndələrinin sayı isə 20 dəfə azdır və 100 min nəfərdən bir az çoxdur.
Bununla belə, hər hansısa bir səbəbə görə nikaha girməyən və ya ayrılmış qadınların sayı ilbəil artmaqdadır. Mütəxəssislər bunu karyera baxımından səudiyyəli qadınların nikaha girmək istəməməsi və gənc oğlanlarının evlənə bilmək imkanlarının olmaması ilə izah edirlər. Belə ki, şəriət normalarına əsasən, kişilərin evlənəcəyi xanıma mehriyyə verməlidir və mehriyyənin həcminin böyük olması oğlanların evlənmək imkanlarını əllərindən alır.
Həmçinin tayfa adətləri də öz payını daxil edirlər, bu adətlərə müvafiq olaraq gənc oğlanlardan yalnız öz tayfalarından olan xanımlar ilə evlənmələri tələb olunur.
Bundan əlavə, son illər Səudiyyə Ərəbistanında boşanmaların sayı nəzərə çarpacaq qədər artıb, mütəxəssislərin fikrincə, bunun əsas səbəbi müvəffəqiyyətli və varlı qadınların öz tənbəl ərlərini saxlamaq istəməməsidir. Qeyd etmək lazımdır ki, krallıqda qadın haqlarının genişlənməsi ilə bağlı olaraq qadınların çoxlu nümayəndəsi bundan istifadə etmək qərarına gəliblər və bu da Ərəbistan monarxiyasında işgüzar qadınların sayının artmasına səbəb olub.
Əlbəttə, sosioloqların bütün bu gümanları 20 qatlıq fərqi izah etməyə qadir deyillər, lakin məlum vəziyyətdə demoqrafik disbalans da öz payını daxil edib: pay oğlanlarla müqayisədə qızların daha çox dünyaya gəlməsindən ibarətdir. Bununla belə, hətta Səudiyyə Ərəbistanı ərazisində icazə verilmiş çoxarvadlılıq belə məlum problemi həll etməyə qadir deyil. //

Google+ WhatsApp ok.ru