Səudiyyə Ərəbistan Mina faciəsi qurbanlarına görə diyə ödəyəcəyini deyib

Səudiyyə Ərəbistan Mina faciəsi qurbanlarına görə diyə ödəyəcəyini deyib

Səudiyyə Ərəbistanın xarici işlər naziri bildirib ki,cari ilin həcc mövsümündən sonra  bu ölkənin Həcc Ali Şurası  Mina faciəsi qurnablarına  diyənin ödənilməsi məsələsinə baxacaq. Maide.Az  Tasnim xəbər agentliyinə istinaən xəbər verir ki, bu sözləri İranın Həcc və Ziyarət Təşkilatının  sədri  Səid Övhədi deyib. 
O deyib ki, bundan öncə elan etmişdilər ki, Həcc mövsümündən öncə həll edəcəklər, lakin bu baş tutmadı. Hələlik  diyənin veriləcəyi tarix və  məbləği haqqında açıqlama verilməyib və sadəcə söz verilib ki,baxılsın.
 
S.Övhədi deyib ki,  Mina facəsi qurbanlarına görə Ərəbistan dövləti  məsuliyyət daşıyır  və  bu faciə bu ölkənin rəsmilərinin pis  idarəetməsi nəticəsində baş verib.
 
S.Övhədi əlavə edibki, Ərəbistan hökuməti  ilk gündən Mina faciəsi qurbanlarının sayını  gizlətməyə çalışdı və bu məsələdə insaflı davranmadı. “İlk günlər Mina  faciəsində 5 min nəfərin şəhid olduğunu demək əvəzinə  700 nəfərin şəhid olduğunu açıqladılar. Əgər şəhidlərin sayını düzgün elan edərsə o zmana diyə ödənişində problem yaşayacaq”. 
Qeyd edək ki, Mina faciəsi zamanı 466 iranlı zəvvar həyatını itirib. 

Google+ WhatsApp ok.ru