Səudiyyə Ərəbistanında 10 min işçi insan acdır 01 Avqust 2016 01:00 Dünya Hindistan höküməti Səudiyyə Ərəbistanında aclıq çəkən 10 min hİndistanlı işçiyə 16 ton ərzaq paylayıb. Maide.Az xəbər verir ki, verilən məlumata görə bir müddət öncə insan haqları fəallardan biri Tvitterdə Hindistanın Xarici İşlər naziri Suşma Svaraja xitab edərək belə yazıb: "S. Ərəbistanının Ciddə şəhərində 800 hindistanlı fəhlə 3 gündür qida yoxluğundan əziyyət çəkir". Bu mesajdan sonra Hindistan Xarici İşlər Nazirliyi hərəkətə keçərək S.Ərəbistanında və Küveytdə işləyən minlərlə hindistanlı fəhlənin köməyinə çataraq onlara yemək və ərzaq məhsulları paylayıb. Məlumatda bildirilir ki, S.Ərəbistanında və Küveytdə çalışan 10 mindən çox hindistanlı fəhlə bir neçə aydır ki, zavodların bağlanmasıyla əlaqədar maaşlarını ala bilmir. Və bu da onlar üçün ərzaq böhranı yaradıb. Hindistan höküməti çalışır ki, öz vətəndaşlarını S.Ərəbistanından çıxarsın. Və bununla bağlı prosesin tezliklə başlayacağı bildirilir. S.Ərəbistanında 3 milyondan çox, Küveytdə isə 800 min hindistanlı müxtəlif vəzifələrdə çalışır. Qeyd edək ki, neftin qiymətinin aşağı düşməsi S.Ərəbistanı, Fars körfəzi və ərəb ölkələrinin iqtisadiyyatına mənfi təsir göstərib. Və bu uzun illərdən bəri tikinti işləri aparan S.Ərəbsitanın tikinti şirkətlərinin işlərinə də öz təsirini göstərib. / Teqlər : #Səudiyyə Ərəbistanında 10 min işçi insan acdır, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İŞİD Rusiyaya qarşı cihada başlamağa çağırıb Yerevanda polis binasının ələ keçirilməsi faktı üzrə 47 nəfər saxlanılıb
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO