Səudiyyə Ərəbistanı viza xərclərini artırıb

Səudiyyə Ərəbistanı viza xərclərini artırıb

Neftin qiymətinin aşağı düşməsi və eləcə də Səudiyyə Ərəbistanının  bölgədə müharibə və böhranlarda giriftar olması, bu ölkənin Nazirlər Kabinetini məcbur edib ki, büdcədəki kəsiri təmin etmək məqsədi ilə viza xərclərini  artırsın. 
 
Maide.Az Rusiya saytlarına istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanına ilk dəfə səfər edən şəxslər üçün viza  xərci 2000 rial (533 dollar) məbləğində nəzərdə tutulub.  Ərəbistan Həcc və Ümrə ziyarəti üçün ilk dəfə bu ölkəyə səfər edən zəvvarlardan bu pulu almayacaq. 
 
Səudiyyə Ərəbistanın Nazirlər Kabineti  bu ölkədən tranzit xərcini  300 rial (80 dollar),  limanlar vasitəsi ilə bu ölkədən çıxan şəxslər üçün isə 50 rial (13.3 dollar) müəyyən edib. 
 
Ölkədən çıxış və iki ay müddətinə geri dönmək məqsədi ilə alınacaq viza üçün (bir nəfərlik) 200 rial (53 dollar) və ölkədə hər ay əlavə qalmaq üçün 100 rial (26.6 dollar) xərc müəyyən olunub. 
 
S. Ərəbistanı dünyada ən böyük neft ixracatçısıdır, neft qiymətinin aşağı düşməsi  və eləcə də bu ölkənin Yəməndə  törətdiyi cinayətlərə görə olan xərcləri ölkəni çətin vəziyyətə salıb. Bundan başqa Səudiyyə Ərəbistanı cari il büdcəsində 87 milyard dollar kəsri var.  Ötən il isə bu rəqəm 98 milyard dollar olub.

Google+ WhatsApp ok.ru