Səudiyyə rejiminin vəhhabi baş müftisi Əhli-beyt (ə) davamçılarına həqarətdən sonra təqaüdə göndərilib

Səudiyyə rejiminin vəhhabi baş müftisi Əhli-beyt (ə) davamçılarına həqarətdən sonra təqaüdə göndərilib

  
Rəy Əl-Yəvm qəzeti Səudiyyə rejiminin baş müftisi Əbdül Əziz Əl Şeyxin Əhli-beyt (ə) davamçılarını təkfir etdiyi açıqlamasından sonra, təqaüdə göndərildiyini yazıb.
 
PressTV-yə istinadən xəbər verilir ki, Rəy Əl-Yəvm qəzeti Səudiyyə Ərəbistanı mənbələrinə əsaslandırılmış xəbərində, Əl-Şeyxin İran və Əhli-beyt (ə) davamçılarına qarşı açıqlamasının Səudiyyə rejimi rəsmiləri və ictimai rəydə çox böyük narahatlığa səbəb olduğunu qeyd edib. Xəbərdə bu səbəblə də Əl-Şeyxin Ərəfə günü xütbələrini oxumasına icazə verilmədiyini vurğulanıb.
 
35 ildən sonra ilk dəfə Ərəfə günü xütbələrini oxumaqdan məhrum olunan Əl-Şeyx, bunun səbəbinin səhhətinin yaxşı olmaması ilə əlaqələndirib.
 
Bəzi mənbələr isə şiələrin kafir adlandırılmasının doğuracağı mənfi nəticələrin azaldılması məqsədi ilə Səudiyyə kralının belə bir tələb irəli sürdüyünü qeyd edir.
 
Hadisələri yaxından təqib edən mənbələr Səudiyyə rejiminin baş müftisinin vacib təqaüdə göndərilməsi ehtimalının çox böyük olduğunu bildirir. Çünki Ərəfə günü onun yerinə xütbələri oxuyan Şeyx Əs-Sudeys Əl-Şeyxin 35 illik xidmətinə görə təşəkkür etmişdi. (deyerler) /

Google+ WhatsApp ok.ru