Səudiyyə Ərəbistanı kralı nazirlərin maaşlarını 20 faiz azaldıb 27 Sentyabr 2016 01:00 Dünya Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləzizin göstərişi əsasında nazirlərin və deputatları maaşlarını 20 faiz azaldılıb. Maide.Az xəbər verir ki, Ərəbistanın Əl-Əxbariyə dövlət kanalı bildirib ki, bu göstərişə əsasən dövlət qurumlarında çalışan şəxslərində maaşları 20 faiz azaldılır. İlk dəfədir ki, Səudiyyə Ərəbistan dövlət işçilərinin maaşlarının azaldılması ilə bağlı rəsmi bəyaant verir. Bu ölkədə çalışan işçilərin üçdə ikisi dövlət qulluğunda çalışır. Neft qiymətinin aşağı düşməsi ilə zəngin enerji yataqlarına sahib olan Fars Körfəzinin ərəb ölkələri dövlət xərclərini və digər xərclərdə qənaət etmək məcburiyyətində qalıblar. Səudiyyə Ərəbistan ötən il neft qiymətinin aşağı düşməsi ilə öz büdcəsində 100 milyard dollar kəsri olub ki, bu rəqəm indiyədək olmamışdı. Bu ölkə öz büdcə kəsrini təmin etmək və xərcləri azaltmaq üçün yeni yollar axtarışına düşüb. Məlumatda qeyd olunur ki, Səudiyyə Ərəbistanı hakimiyyəti məmurlar üçün sərf olunan mənzil, mebel və şəxsi nəqliyyat xərclərini 15 faiz azaldıb. Səudiyyə Ərəbistan dövlət işçilərinə artıq iş saatları və illik məzuniyyət haqqını da azaldıb və onlara ildə 30 gündən artıq məzuniyyət verilməyəcəyini qeyd edib. Lakin hərbi əməliyyatlarda iştirak edən hərbiçilər və zabitlər bu qanundan kənarda qalırlar və onların maaşları azaldırmır. Yüzlərlə Pakistanlı işçi aylardır zəhmət haqlarını ala bilmir Səudiyyə Ərəbistan tikinti işlərində çalışan yüzlərlə fəhlə aylardır maaşlarını almırlar və bu həftə bu ölkəni əli boş tərk etməli olacaqlar. Pakistanın Ərəbistandakı səfirliyinin rəsmilərindən Əbdülşükür Şeyx elan edib ki, Ərəbistanın Ovciyə şirkətindən maaşlarını ala bilməyən 405 pakistanlı fəhlə aylardır maaş ala bilmir və əli boş ölkəyə qayıtmaq məcburiyyətindədir. Ərəbistanın Ovciyə şirkəti 6500 pakistanlı fəhləyə borcludur. 9 aydır ki, onların maaşları və zəhmət haqları verilməyib. Ovciyə şirkəti həmçinin Filipin və Hindistandan olan yüzlərlə fəhləyə borcludur. Neftin qiymətinin aşağı düşməsi, Səudiyyə Ərəbistanın Suriya,İraqda terrorçuları dəstəkləməsi və Yəmənə təcavüzü bu ölkənin maliyə resurslarının azalmasına səbəb olub və Ərəbistanı çətin duruma salıb. Teqlər : #Səudiyyə Ərəbistanı kralı nazirlərin maaşlarını 20 faiz azaldıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Türkiyədə yenidən kütləvi həbslər Almaniyada yenə məscid yandırıldı
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO