Səudiyyə rejimi vətəndaşlarına 6 ölkəyə getməyi qadağan etdi

Səudiyyə rejimi vətəndaşlarına 6 ölkəyə getməyi qadağan etdi

 
Səudiyyə Ərəbistanının xarici pasportların verilməsi üzrə idarəsi krallıq vətəndaşlarına 6 ölkəyə getməklə bağlı qadağa qoyub.
 
Xarici KIV-ə istinadən istinadən məlumat verilir ki, İran, İraq, Yəmən, Suriya, İsrail, Fələstin əraziləri, eləcə də Taylanda səfər edən vətəndaşları böyük həcmdə cərimə olunacaqlar.
 
Eləcə də Səud rejimi vətəndaşlarının həmin sadalanan ölkələrə səyahət etdikləri təqdirdə 3 il müddətinə ökədən ümumiyyətlə kənara çıxmalarına qadağa qoyula bilər.
 
Cərimənin məbləğinə gəlincə, 10 min Səudiyyə lirəsi (təxminən 3 min dollar) həcmində müəyyən edilib.
 
Qeyd edək ki, Səudiyyə Ərəbistanının şərqində çox sayda şiələr məskunlaşıb ki, onların da İranda doğmaları-qohumları yaşayırlar. Bu səbəbdən onların İrana səfər etmələri qaçılmazdır. (modern.az) /

Google+ WhatsApp ok.ru