Sələfilər şiə peyk kanallarının bağlanması üçün kampaniya başlayıblar

Sələfilər şiə peyk kanallarının bağlanması üçün kampaniya başlayıblar

Mərakeş sələfiləri Misirdəki həmkarlarına dəstək olaraq bu ölkədə kampaniya start veriblər.
 
Maide.Az xəbər verir ki, onlar peyk şəbəkələri alıcılarından şiə kanallarının ləğvini tələb ediblər.
 
Sələfilər şiə peyk kanallarının xalqın dəyərləri və inanclarına mənfi təsir etdiyini iddia ediblər.
 
Hesabata görə, sələfilər feysbuk, vatsap kimi müstəqil sosial şəbəkə səhifələrində şiə əleyhinə təbliğatlara başlayıblar.
 
Vəhabilərin bu kampaniyasına Əl Mənar, Əl Ənvar, Əl Kövsər, Əl İman, Əl Qədir, Kərbəla, Əl Məyadin kanallarının adı daxil edilib.
 

Google+ WhatsApp ok.ru