Səudiyyə Ərəbistan qırıcıları Pakistan gəmisini vurub, 6 dənizçi həlak olub

Səudiyyə Ərəbistan qırıcıları Pakistan gəmisini vurub, 6 dənizçi həlak olub

Səudiyyə Ərəbistanı qırıcıları  Yəmən sahillərində Pakistana məxsus gəmini bombalayıb. 
 
Maide.Az  beynəlxalq KİV-lərə istinadən xəbər verir ki, hücum nəticəsində Pakistan gəmisinin 6 dənizçi həlak olub, 6 nəfər isə  itgin düşüb. 
 
KİV-lər iddia edib ki,  Ərəbistan qırıcıları guya bu gəmini səhvən vurub.  Bildirilir ki, guya pilot elə təsəvvür edib ki, bu gəmi Ənsarullah  üçün  silah aparırmış.  Hücum nəticəsində gəmiyyə ciddi ziyan dəyib.  Ərəbistan rəsmiləri hələlik bu hadisə ilə bağlı açıqlama verməyiblər. 
 
Səudiyyə Ərəbistan 2015-ci ilin mart ayından Yəmənin istefa vermiş prezidentini geri qaytarmaq bəhanəsi ilə bu ölkəyə təcavüz edib.  Səudiyyə Ərəbistan KİV-lərinin məlumatına görə, bu rejimin təcavüzü nəticəsində indiyədək 11400 yəmənlini qətliam edilib. 
 

Google+ WhatsApp ok.ru