Səudiyyə rejimi Əhli-beyt (ə) ardıcıllarının sıx yaşadığı Avamiyyə şəhərini 7 gündür mühasirədə saxlayır 16 May 2017 01:00 Dünya Səudiyyə rejiminin təhlükəsizlik qüvvələri artıq 7 gündür ki, ölkənin şərqində Əhli-beyt (ə) ardıcıllarının sıx yaşadığı Avamiyyə şəhərini mühasirədə saxlayır. Maide.Az beynəlxalq KİV-lərə istinadən xəbər verir ki, Səudiyyə rejimi təhlükəsizlik qüvvələri may ayının 10-dan Avamiyyə şəhərinə ağır hərbi texnika və vertolyotlarla hücum edib və şəhəri mühasirəyə alıb. Səudiyyə rejiminin qüvvələrinin Avamiyyənin müxtəlif məhəllələrinə təşkil etdiyi hücumlarda bəzi sakinləri yaralanıb, vətəndaşların evləri və əmlakları dağıdılıb. Səudiyyə rejimi bildirir ki, hücumlar tarixi əhəmiyyətli Əl-Məsurə məhəlləsi hazırlanmış proqram əsasında sökülməli və yenidən qurulmasını təmin etmək üçün baş verir . Sosial şəbəkələrdə texnika ilə insanların evlərinin dağıdılmasına dair videolar yayımlanıb. Avamiyyə sakinləri susuzluqdan əziyyət çəkir, bölgənin elektrik enerjisi kəsilib. Səudiyyə rejiminin xüsusi təyinatlı birlikləri Əl-Məsurə məhəlləsini mühasirəyə almaq üçün nəhəng bloklar istifadə edib. Təhlükəsizlik qüvvələri, nəzarət nöqtələri yaradaraq, ətrafda zirehli maşınlar yerləşdirib. Əvamiyyə bölgəsi təqribən 6 ildir ki, rejim əleyhinə dinc aksiyalara şahiddir. Etirazçılar Riyad hökumətinin ölkədə şiələrə qarşı represiya siyasətlərinə etiraz edir. Onlar bu kimi ayrıseçkilik siyasətlərinə son qoyulmasını istəyi. Səudiyyə rejiminin represiyaları nəticəsində indiyədək bir neçə nəfər öldürülüb və onlarla insan yaralanıb və ya həbs olunub. Səudiyyə Ərəbistan əhalisinin 15 faizi şiələr təşkil edir. Şərqiyyə vilayəti əsasən şiələrin məskunlaşdığı bölgədir. Səudiyyə Ərəbistanın ən önəmli neft hasilat etdiyi yer bu vilayətdə yerləşir. Aprelin 11-də Avamiyyə bölgəsinə Səudiyyə rejiminin qüvvələrinin təşkil etdiyi hücum vaxtı 3 nəfər həlak olmuş, 16 nəfər yaralanmışdır. Teqlər : #Səudiyyə rejimi Əhlibeyt (ə) ardıcıllarının sıx yaşadığı Avamiyyə şəhərini 7 gündür mühasirədə saxlayır , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Çində avtobus yük maşını ilə toqquşub: 12 ölü ABŞ-da Aleut adalarında 5,6 bal gücündə zəlzələ olub
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO