Səudiyyə Ərəbistanı Nəcəfdə konsulluq açacaq

Səudiyyə Ərəbistanı Nəcəfdə konsulluq açacaq

Səudiyyə Ərəbistanın nazirlər kabineti İraq-Səudiyyə Kordinasiya Şurasının yaradılmasına razılıq verib. 
 
Maide.Az “Vas”-a istinadən xəbər verir ki, Səudiyə Ərəbistanının nazirlər kabineti ötən gün Məhəmməd bin Salmanın başçılığı ilə iclas keçirib və bu haqda qərar qəbul edib.
 
Səudiyyə rəsmiləri hazırda Nəcəf şəhərində konsulluğun açılması məsələsini müzakirə edir.
 
Ərəbistanın Bağdaddakı müvəqqəti işlər vəkili Əbdül-əziz əl-Şimri bildirib ki, yaxın 4 ay ərzində Nəcəfdə Səudiyyə Ərəbistanının konsulluğu açılacaq. 
 
O deyib ki, Bağdad və Riyad arasında yaxınlaşma ən yüksək səviyyədə qurulacaq və bu iki xalqın rifahına müsbət təsir göstərəcək və İraqın inkişafına və sabitliyinə səbəb olacaq. /

Google+ WhatsApp ok.ru