Səudiyyə Ərəbistanında neft-kimya zavodunda yanğın baş verib

Səudiyyə Ərəbistanında neft-kimya zavodunda yanğın baş verib

Səudiyyə Ərəbistanının qərbində yerləşən Yanbu-əl-Bəhr əyalətində "National Petrochemical Industrial Company" (NATPET) şirkətinə məxsus neft-kimya zavodunda baş vermiş yanğın nəticəsində azı 1 nəfər ölüb, daha 11 nəfər yaralanıb.
 
Maide.Az  xəbər verir ki, bu barədə çərşənbə günü yerli mətbuata istinadən "Reuters" məlumat yayıb.
 
Yerli hökumət nümayəndəsi bildirib ki, vəziyyət nəzarət altındadır, yanğınsöndürənlər alovun yayılmasının qarşısını alıblar.
 
İlkin məlumata görə, yanğına istehsal prosesi zamanı texniki nasazlıq səbəb olub.  

Google+ WhatsApp ok.ru