Səudiyyə neft hasilatını azaldır

Səudiyyə neft hasilatını azaldır

Səudiyyə Ərəbistanı neft hasilatını böyük həcmdə azaltdığını bildirir.
 
Ər-Riyad məqsədinin, Birləşmiş Ştatlar İrandan neft alan bəzi ölkələrə idxalı davam etdirməyə icazə verib deyə, qlobal bazarları balanslaşdırmaq, neftin ucuzlaşmasını önləmək olduğunu deyir.
 
Səudiyyənin neft naziri Khalid al-Falih-in noyabrın 12-də verdiyi açıqlama qlobal bazarları silkələyib. Son günlər bazarlarda neft ucuzlaşmaqda idi. ABŞ ötən həftə elan etdi ki, Tehranın əsas müştəriləri olan Çinlə Hindistan daxil olmaqla bəzi ölkələr üçün sanksiyalardan istisnalar tətbiq edəcək.
 
Falihin deməsinə görə, bu gözlənilməz yumşaq açıqlamadan sonra “bazarı qorxu və narahatlıq bürüyüb”. “İndi kəfkirin əks tərəfə fırlandığını görürük”, – nazir Əbu Dəbidə keçirilən Beynəlxalq Neft Sərgi və Konfransında deyib.
 
​“Sanksiyalar gözlənildiyi kimi, bazardan böyük həcmdə neft çıxara bilmədi”, – Falih vurğulayıb.
 
Noyabrın 5-də İranın neft sektorunu hədəfləyən sanksiyalar qüvvəyə minməzdən öncə Səudiyyə Ərəbistanı bildirib ki, hasilatını günə 1 milyon barrelədək artırıb. Çünki İranın apreldə 2,5 milyon barrelə çatmış neft ixracının yarıbayarı azaldığı xəbər verilirdi.
 
Amma Hindistan və Çin Vaşinqtonun verdiyi 6 aylıq icazə çərçivəsində İrandan neft ixracını davam etdirirlər. Təhlilçilər İranın ixracının günə 1,8 milyon barrelədək yükcələcəyindən danışırlar.
 
Bir müddət öncə 80 dollaradək bahalanmış neft ötən həftədən ucuzlaşmağa başlayıb, noyabrın 12-də barreli 71 dollara düşüb. /azadliq.org /
 
 

Google+ WhatsApp ok.ru