Səudiyyədən öz vətəndaşlarına yeni zülmü - VİDEO

Səudiyyədən öz vətəndaşlarına yeni zülmü - VİDEO

Əbu Ənəs Səudiyyə rejiminin terroru ilə hədəfə alınan və evsiz qalan, nəticədə rejim polisi tərəfindən vurulan Səudiyyə vətəndaşlarından biridir.

 
Maide.Az xəbər verir ki, Əbu Ənəs Mədinənin şimalındakı Əl-Harabiyə kəndindəki Əl-Havitiyat qəbiləsinin üzvü idi və Səudiyyə polisi onu cib telefonu kamerası qarşısında öldürüb. Əbu Ənəs ömrünün son günlərində mühasirədə olub və doğulduğu kənddən məcburi köçürülməsinə qarşı çıxıb və öldürülüb.
 
Əbu Ənəs polisin onu öldürəcəyini və terrorda ittiham edəcəyini bildiyi halda bir neçə videoda Səudiyyə rejiminin ona qarşı etdiyi davranışı çəkib və yayıb.
 
"Həqiqət uzunömürlülüklə ölçülmür." Bu, Əbu Ənəsin Səudiyyə rejimi tərəfindən tətbiq olunan zor siyasətinə qarşı şüarı idi.
 
Əbu Ənəs şəhid edilməzdən əvvəl, evini Səudiyyə qüvvələrinə verməyən vətəndaşların evə gələrək güc tətbiq etdiklərini və söyüş söydüklərini vurğulayıb. Əbu Ənəs daha sonra başqa bir videoda Abdullah əl-Rabia adlı bir məmurun evini tərk etməyə məcbur etmək üçün polis qüvvələri ilə gəldiyini və sonra sahəsini ölçməyə başladığını söyləyib.
 
Səudiyyə şahzadəsi Məhəmməd bin Salmanın hazırladığı "Yeni Şəhər Layihəsi"nə görə əsas sakinlər şəhərin inşası üçün köç edirlər. Layihə Səudiyyə Ərəbistanının şimal-qərbində, o cümlədən Misir və İordaniya sərhədlərindəki bəzi ərazilərdə həyata keçirilir.
 

Google+ WhatsApp ok.ru