Sərdar Hacıhəsənli Tofiq Yaqublu haqqında

Sərdar Hacıhəsənli Tofiq Yaqublu haqqında

 
Bismillahir-rəhmanir-rəhim
 
Bu gün daha bir məhkəmə qərarına şahid olduq. Tofiq Yaqublu 4 il 3 ay. 
 
Dini təlimatımıza əsasən, ölmüş insanı qəbrə qoyarkən onu silkələyib nə kimi şeylərə inandıqlarını soruşurlar.  Dəfn mərasiminə gələn hər kəsin gözü önündə bu çarəsiz meyiti nədən silkələyib sorğuya tuturlar? Bu bir ritualdır.
 
Burada silkələnməklə sorğulanacaqsınız demək istəyir.  Deməli, bu kiçik evin dünyadan fərqli olaraq özünəməxsus qaydaları var. Burada həyat səssizcə və laqeydcəsinə deyil, əksinə silkələnməklə başlayır. 
 
İnsan hər hansı bir yerə getmək üçün məktəb, ali məktəb, xidmət, müharibə, toy, yas, qısası, fərqi yoxdu hər bir yer olmuş olsa, az-çox  hazırlaşmalıdır.  Yeganə yer ki ora getmək üçün bir ömür hazırlaşmaq lazımdır, o qəbirdir, yəni silkələnəciyin yer.  Bir ömür laqeydcəsinə yaşadığımız həyatın barəsində olub keçənlərə mövqeyimizdən  sorğu-sual olunacağımız tək və kimsəsiz  yer. 
 
 Bu gün baş tutan məhkəmədə verilən qərar məni  silkələyərək sorğuya tutdu.  Tofiq Yaqublu kimdir? İçimdən gələn cavabı dedim:  "İlahi, şərlənərək 4 il 3 ay həbsə məruz qalan bəndən!" 
 
 Rəbbimə doğru cavab verdiyimi  sanaraq nisbətən rahatladım. Amma bu dəfə Rəbbim  məni daha şiddətli  silkələyərək başqa bir sorğu sordu. Heç bilirsən, səssizcə yaşadığın bu məmləkətdə daha nə qədər günahsız məhbus var? 
 
Dedim: Bilirəm!
 
Cavab gəldi:  "Onda çalış ölmə , yoxsa səni  qəbirdə  laqeyd qaldığın çox suallarla silkələyəcəyik."
 
Hədislər "ölmədən ölün" deyərkən , bəlkə də "vaxtında silkələnin" mesajı verir. 
 
Sərdar Hacıhəsənli

Google+ WhatsApp ok.ru