Xəbərdarlıq: Güclü külək əsəcək

Xəbərdarlıq: Güclü külək əsəcək

Sentyabrın 4-ü gündüzədək ölkə ərazisində hava şəraitinin qısa müddətə qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir.
 
Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir 15-20 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.
 

Google+ WhatsApp ok.ru