Saatlıda zəlzələ olub

Saatlıda zəlzələ olub

Respublika Seysmoloji Xidmət Mərkəzi Azərbaycanda bu gün baş verən zəlzələ ilə bağlı məlumat açıqlayıb.
 
Maide.Az xəbər verir ki, Respublika Seysmoloji Xidmət Mərkəzindən  verilən məlumata görə, yerli vaxtla saat 07:24:19-da Saatlı rayonu ərazisində zəlzələ qeydə alınıb.
 
Zəlzələnin maqnitudası 5.3, dərinliyi 39 km olub.
 
Zəlzələ episentrdə 4 bal, yaxın yaşayış məntəqələrində isə 4-3 bala qədər hiss olunub.
 
Zəlzələ həmçinin Kürdəmir, Şamaxı, Ağsu, Hacıqabul, Sabirabad, Füzulidə də hiss olunub.  
 
"Report"un yerli bürolarının məlumatına görə, yeraltı təkanlar Göyçay, Salyan və Biləsuvar rayonlarında təqribən 4 bal gücündə hiss olunub.
 
 

Google+ WhatsApp ok.ru