Saatlının mərkəzi bazarı yandı

Saatlıda ticarət mərkəzində güclü yanğın olub.
 
Maide.az Fövqəladə Hallar Nazirliyinin (FHN) Saatlı Yanğından Mühafizə Xidmətinə istinadən məlumat verir ki, gecə saatlarında Saatlı rayonunda yerləşən ”Araz Şöhrət” ticarət mərkəzi (keçmiş kolxoz bazarı) yanıb.
 
Ticarət mərkəzi xeyli hissəsi tamamilə yanıb. Yanğın səhər saat 8:00 radələrində lokallaşdırılıb. Ticarət mərkəzinin bir hissəsi və ətrafdakı tikililər yanğından mühafizə olunub.
 
Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Saatlı, Sabirabad və İmişli Yanğından Mühafizə Xidmətinin avtomobilləri və canlı qüvvəsi cəlb edilib. Yanğının hansı səbəbdən baş verməsi ilə bağlı araşdırma aparılır.
 
FHN Saatlı rayonunda bazarda baş vermiş yanğınla bağlı məlumat yayıb. Ümumi sahəsi 11694 kv.m olan mərkəzi bazarın yanar konstruksiyaları və içərisində olan qarışıq mallar 3200 kv.m sahədə yanıb. /
 

 

Google+ WhatsApp ok.ru