Sabah 22 dərəcə isti olacaq 15 Aprel 2015 01:00 Ölkə Aprelin 16-da Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Maide.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadla xəbər verir ki, səhər bəzi yerlərdə zəif duman olacaq. Axşam buludluluğun artacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 7-10, gündüz 12-16 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında isə hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Axşam bəzi cənub rayonlarında şimşək çaxacaq, yağış yağacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 5-10, gündüz 15-20 dərəcə isti, bəzi yerlərdə 22 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə isti, gündüz 8-13, bəzi yerlərdə 16 dərəcə isti olacaq. Teqlər : #Sabah 22 dərəcə isti olacaq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycanda internet rabitəsi xidmətlərindən istifadə qaydaları ləğv edilib İnsanların sağlamlığı üçün zərərli olan smartfonların adları açıqlanıb