Sabah 38 dərəcə isti olacaq 02 Avqust 2016 01:00 Ölkə Sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək. Maide.Az bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Abşeron yarmadasında gecə 22-24, gündüz 30-34 dərəcə, Bakıda gecə 23-24, gündüz 31-33 dərəcə isti olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 22-23 dərəcə, Buzovna, Mərdəkan, Şüvəlanda 23-24 dərəcə, Türkan, Hövsan, Sahil, Şıxda 25-26 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında avqustun 3-də hava əsasən yağmursuz olacaq. Lakin günün birinci yarısında bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısa müddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın tepmeraturu gecə 20-25, gündüz 33-38 dərəcə isti olacaq. Dağlarda gecə 13-18, gündüz 20-25 dərəcə isti olcaq. Avqustun 3-4-də Abşeron yarımadasında sabit hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişlidir. Teqlər : #Sabah 38 dərəcə isti olacaq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycanda hansı evlər zəlzələ zamanı dağıla bilər? İmişlidə baş verən zəlzələnin səbəbi bilindi