Sabaha olan hava proqnozu açıqlanıb

Sabaha olan hava proqnozu açıqlanıb

Sabaha olan hava proqnozu açıqlanıb 
 
Maide.Az xəbər verir ki, ETSN-dən verilən məlumata görə, 
 
Bakı və Abşeron yarımadasında
Hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək.
Havanın temperaturunun gecə  20-23° isti, gündüz  29-34° isti, Bakıda gecə  21-23°, gündüz  32-34° isti olacağı gözlənilir.
Atmosfer  təzyiqi 762  mm civə sütunu təşkil edəcək.
Nisbi rütubət  gecə 75-80 %, gündüz  45-50 % olacaq. 
 
Tibbi-meteoroloji proqnoz
Yaxın 3 gün ərzində Abşeron yarımadasında sabit hava şəraiti müsbət amil olsa da, bəzi saatlarda sakit  hava fonunda rütubətin bir qədər çox olması meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
 
Azərbaycanın rayonlarında
Hava əsasən yağmursuz keçəcək. Lakin günün birinci yarısında  bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə  19-24°, gündüz  31-36° isti, dağlarda gecə 13-18°, gündüz 21-26° isti olacağı gözlənilir. /

Google+ WhatsApp ok.ru