Sabaha olan hava proqnozu açıqlanıb

Sabaha olan hava proqnozu açıqlanıb

-- Bakıda 27 dərəcə isti olacaq

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.
 
Maide.Az bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinindəyişkən buludlu olacağı, arabir tutulacağı, gündüz yarımadanın bəzi yerlərində qısa müddətli çiskinli yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
 
Havanın temperaturunun Abşeron yarımadasında gecə 15-18, gündüz 22-27, Bakıda gecə 16-18, gündüz 25-27 dərəcə isti olacağı gözlənilir.
 
Atmosfer təzyiqi normadan aşağı 753 civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 45-50 faiz təşkil edəcək.
 
Mayın 10-da şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) hava şəraitinin gün ərzində dəyişkən buludlu olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu 13-14 dərəcə isti təşkil edəcək.
 
Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) hava şəraitinin gün ərzində dəyişkən buludlu olacağı gözlənilir. Şimal küləyi üstünlük təşkil edəcək. Dəniz suyunun temperaturu 17-18 dərəcə isti olacaq.
 
Rayonlarda sabah bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək.
 
Havanın temperaturunun gecə 12-16, gündüz 24-29, dağlarda gecə 5-10, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir.
 
Mayın 10-da Abşeron yarımadasında mülayim xəzri küləyi və komfort temperatur şəraiti gözlənilir ki, bu da meteohəssas insalar üçün əsasən əlverişlidir.
 

Google+ WhatsApp ok.ru