Sabaha olan hava proqnozu açıqlanıb

Sabaha olan hava proqnozu açıqlanıb

Bakı və Abşeron yarımadasında dekabrın 22-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
 
Lakin səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Mülayim şimal-qərb küləyi əsəcək.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Maide.Az-a verilən məlumata görə, havanın temperaturunun gecə 3° şaxtadan 1°-dək isti, gündüz  6-9° isti, Bakıda gecə 0-2° şaxta, gündüz 6-8° isti olacağı gözlənilir.
 
Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütunu, nisbi rütubət gecə 70-80 %, gündüz 55-55 % təşkil edəcək.
 
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.
 
Havanın temperaturunun gecə 1-6° şaxta, gündüz 4-9° isti, dağlarda gecə 5-10° şaxta, gündüz  3° şaxtadan 2°-dək isti olacağı gözlənilir. /

Google+ WhatsApp ok.ru