Sabaha olan hava proqnozu açıqlanıb

Sabaha olan hava proqnozu açıqlanıb

Martın 29-da Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu. Əsasən yağmursuz. Gecə və səhər bəzi yerlərdə zəif duman.
 
Arabir güclənən cənub-qərb küləyi gündüz arabir güclənən şimal küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 4-7° isti, gündüz 12-17° isti,
Bakıda gecə 5-7° isti, gündüz 14-16° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 760 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək.
Nisbi rütubət gecə 75-85 %, gündüz 60-70 % təşkil edəcək.
 
Tibbi-meteoroloji proqnoz
Martın 29-30-da Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli tərəddüdü fonunda arabir güclənən gilavar və xəzri küləklərinin tez-tez bir-birini əvəz etməsi meteohəssas insanlar üçün əsasən əlverişsizdir.
Azərbaycanın rayonlarında gözlənilən hava şəraiti
Əsasən yağmursuz. Bəzi yerlərdə arabir duman. Lakin gecə və səhər bəzi cənub rayonlarında yağış yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 2-7° isti, gündüz 17-22° isti, dağlarda gecə 0-5° isti, gündüz
10-15° isti olacağı gözlənilir.
 
Xəbərdarlıq
Martın 29-30-da bəzi rayonlarda qərb küləyinin arabir güclənəcəyi gözlənilir. (Maide.Az)
 

Google+ WhatsApp ok.ru